"Son həftələrdə İsrailə yüzlərlə raket atılıb. Dünyada elə bir ölkə yoxdur ki, belə bir vəziyyətdə yaşamağa razılıq versin". Bunu Trend-ə eksklüziv müsahibəsində İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz İsrail və Həmas arasındakı qaynar münaqişəyə münasibət bildirərkən deyib.
Səfir qeyd edib: "Sizə atəş açsaydılar, siz nə edərdiniz? Biz özümüzü müdafiə etməliyik".
R.Harpazın sözlərinə görə, İsrail beynəlxalq ictimaiyyətin böyük dəstəyi ilə Misirin atəşkəs təklifini qəbul etdi: "Lakin Əl-Qaidə, Boko-Haram və İŞİD ilə eyni ideologiyaya malik olan terror təşkilatı HƏMAS buna yox dedi. İsrail altı saat gözlədi. Bu vaxt ərzində İsrailə yüzdən çox raket atıldı. Bu, reallıqdır".
Qeyd edək ki, iyulun 8-də İsrail Qəzzadakı HƏMAS hökumətinə və ölkənin raket atəşinə tutulmasına qarşı "Müdafiə səddi" adlı hərbi əməliyyatlara start verdiyini açıqladı. İsrailin başlatdığı əməliyyatlar nəticəsində Qəzzada 226 fələstinlinin öldüyü, 1600-dan çox insanın yaralandığı bildirilir.
Səfirin sözlərinə görə, bu əməliyyatın səbəbi HƏMAS-ın raketlər istehsal edib onları İsrailə atmasına mane olmaqdır: "İsraillilər sülhsevər insanlardır. Biz Fələstin xalqına qarşı döyüşmürük. Biz bütün dünyada terrorizmə, ekstremizmə qarşı mübarizə aparırıq. Biz bu düşmənlər tərəfindən əhatə olunmuşuq və onlar xəstəxanalarda, məktəblərdə və məzillərində vətəndaşlarımıza atəş açırlar. Biz raketlərdən və "Dəmir Qübbə" ("İron Dome") sistemindən vətəndaşlarımızı qorumaq üçün istifadə edirik. Fələstinlilər isə raketlərini qorumaq üçün vətəndaşlarından insan qalxanı kimi istifadə edirlər. Onlar vətəndaşlarını xəstəxanalarda, bağçalarda yerləşdirirlər. Biz hər iki tərəfdən günahsız insanların ölməsinə görə təəssüflənirik. Məsuliyyəti HƏMAS daşıyır".
İsrail və Azərbaycanın regionda sülh və stabilliyi təmin etmək üçün göstərə biləcəyi birgə səylərə dair suala cavabında səfir bildirib ki, bu gün dünya dəyişir: "Siz İraqda və Suriyada baş verən dəyişiklikləri görürsünüz. Bizim HƏMAS və "Hizbullah"la ətrafımızda baş verənlərə baxın. Biz sülhsevərik. Dünyada baş verənlər narahatlıq doğurur və bu səbəbdən əməkdaşlıq çox vacibdir. Azərbaycan və İsrail sülh və stabilliyi dəstəkləyir və buna görə də iki ölkə arasındakı bu nadir, xüsusi və gözəl əlaqələr dünyada stabillik üçün çox vacibdir".
Milli.Az
Dünya
İsrail səfiri: "Biz Fələstin xalqına qarşı deyil, terrorizmə qarşı döyüşürük"
17 İyul 2014 13:15
0 Şərh
Baxış: 574
DİGƏR XƏBƏRLƏR
- Tramp Həbib Nurməhəmmədova Fələstində müharibəni dayandıracağına söz verib - VİDEO
- Portuqaliyada aviaşouda təyyarələr toqquşub - VİDEO
- Tramp Ağ Evə MESAJ ÖTÜRDÜ: "Cəmiyyət üçün çətin olacaq"
- Gürcüstan məhbusların sayına görə ilkə imza atdı
- Kanslerin Brejnevə hədiyyə etdiyi "Mersedes" satışa çıxarıldı
- 93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi
XƏBƏR LENTİ
- "YouTube"da ən populyar bloqer məlum oldu
- "Bürc-Xəlifə"nin memarından heyrətamiz ideya
- İlk baxışdan sevgini ehtirasdan ayıran ƏLAMƏTLƏR
- Elvindən xanımına QADAĞA
- "Fənərbaxça" Joze Mourinyo ilə müqavilə imzalayıb
- Tramp Həbib Nurməhəmmədova Fələstində müharibəni dayandıracağına söz verib - VİDEO
- Badımcan bu xəstəliklərin dərmanı imiş
- “Haber Global” “SOCAR”ın İstanbuldakı ofisinə hücum edənlərin əsl hədəfini açıqladı - VİDEO
- “Qarabağ”a kubok təqdim olunub - FOTOlar
- Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb
- Portuqaliyada aviaşouda təyyarələr toqquşub - VİDEO
- Azərbaycanda toyda qan töküldü
- Günün qoroskopu: Çoxsaylı maraqları və faydalı ideyaları olan insanlarla ünsiyyət saxlayın
- Millimizdə ciddi itki - FOTO
- Tramp Ağ Evə MESAJ ÖTÜRDÜ: "Cəmiyyət üçün çətin olacaq"
- Gürcüstan məhbusların sayına görə ilkə imza atdı
- Kanslerin Brejnevə hədiyyə etdiyi "Mersedes" satışa çıxarıldı
- 93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi
- Bavariyada daşqın səbəbiylə təxminən 3 min insan təxliyə edilib
- Müğənnini səhnədə yarasa dişlədi
- İstanbulda SOCAR-a qarşı təxribatın arxasında kimlər durur?
- 4 medalla 2-ci yer
- Qanda şəkərə nəzarət edən içki hazırlandı
- Qurban Qurbanov: Qarşımızda istəkli və dinamik rəqib var idi