Dünya

Türkiyədə daha bir bayraq təxribatı - VİDEO - FOTO

17 İyul 2014 10:29
1 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti bayraq təxribatı yenə Antalyada baş verib

Türkiyədə daha bir dövlət bayrağının dirəkdən endirmək cəhdinin qarşısı alınıb.

Anspress-in məlumatına görə, Antalyada Cengiz Önkol adlı 19 yaşlı gənc polis idarəsinin həyətinə girərək oradakı bayrağı endirməyə cəhd edib. Lakin bunu görən polislərdən biri təxribatın qarşısını alıb və həmin şəxsi ayağından vurub.

Polis idarəsinin həyətinə girən Önkol əvvəlcə ətrafa göz gəzdirdikdən sonra cəld bir şəkildə bayraq dirəyinə dırmaşmağa çalışıb. Bunu görən mühafizəçi polis aşağı düşməsi barədə xəbərdarlıq edib. Polis şifahi xəbərdarlıqdan sonra iki dəfə havaya atəş açaraq, yenidən yerə düşməsini tələb edib. Lakin buna da əhəmiyyət vermədiyini görüb və Önkolu sağ ayağından vuraraq aşağı salıb.

Daha sonra polis tərəfindən çağırılan təcili yardımla yaralı Antalya dövlət xəstəxanalarından birinə aparılıb. Faktla bağlı genişmiqyaslı araşdırma aparan polislər, həmin şəxsin bundan əvvəl bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu açıqlayıb.

Xatırladaq ki, Türkiyədə bayrağı dirəkdən endirmək halı ilk dəfə deyil. Birinci dəfə Diyarbəkirdə hərbi hissələrdən birində türk bayrağı endirilmişdi. Bu zaman Türkiyə ordusunun əsgər və zabitləri bayrağı endirənlərin azyaşlı olduğunu nəzərə alaraq lazımi addımlar atmamışdılar. Lakin ikinci dəfə yenə Antalya yanacaqdoldurma məntəqəsində baş vermişdi ki, həmin vaxt da təxribatın qarşısı alınmışdı. Bu hadisə isə artıq üçüncü bayraq təxribatıdır.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.