Dünya

Məşhur teleaparıcını bıçaqlayıb körpüdən atdılar - FOTO

17 İyul 2014 11:25
1 Şərh     Baxış: 4 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin tanınmış teleaparıcılarından biri, 26 yaşlı Çen Sya vəhşicəsinə qətlə yetirilib.

Hadisə Çinin cənub-qərbindəki Yonqçuan şəhərində yaşanıb.
 

Milli.Az Xinhua-ya istinadən bildirir ki, Çen Saya işdən evə qayıdarkən körpüdə onun qarşısını iki kişi kəsib.

Quldurlar teleaparıcını tanıyırdılar və Çen Sayada çoxlu pul olduğuna şübhə etmirdilər.
 

Bıçaqlarla hədələnən Çen Sya çantasında pulun az olduğunu deyəndə quldurlar sinirləniblər.
 

Onlar teleaparıcı qadına bir neçə dəfə bıçaqla zərbələr endirəndən sonra Çeni körpüdən aşağı atıblar.

Polis Çen Syanı vəhşicəsinə qətlə yetirmiş 27 yaşlı Çi Pen və 24 yaşlı Li Şini həbs edib.
 

Çen Sya populyar "Kənddə ev" proqramının müəllifi və aparıcısı idi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.