Dünya

Xəstəxanada şok: hamilə tibb bacısı və həkim təpikləndi - FOTO

5 İyun 2014 09:42
0 Şərh     Baxış: 2 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Hunan vilayətindəki Çanşa şəhər xəstəxanasında baş vermiş olay ölkəni şoka salıb. 28 yaşlı tibb bacısı vəhşicəsinə döyülüb.
 

Hamilə tibb bacısını döyənlər bu xəstəxanada vəfat edən xəstələrdən birinin ailə üzvləri və qohumlarıdır. 28 yaşıl Ven Fan ağciyər xərçəngi idi.

Aldığı zərbələrdən yerə yıxılan və təpiklənən 28 yaşlı Tan Syaofey uşağını salıb.
 

Milli.Az Xinhua-ya istinadən bildirir ki, tibb bacısı ilə yanaşı, xəstəxananın həkimlərindən biri - 29 yaşlı Çjun Fan də amansızlıqla döyülüb. Vəfat etmiş Ven Fanın qohumları döydükləri həkimi dünyasını dəyişmiş xəstənin çarpayısı qarşısında diz çökərək üzr istəməyə vadar ediblər.
 

Çanşa polis idarəsindən verilən məlumata görə, tibb bacısı və həkimə hücum edənlər arasında yerli bələdiyyə ilə administrasiyanın üzvləri də olublar.

Tao Syaofeyin əri Çjao Tanın dediyinə görə, Ven Fan müalicə olunanda onun qohumları çox aqressiv davranıblar: "Bu pasiyentin ailə üzvləri və qohumları Taonu dəfələrlə ölümlə hədələmişdilər".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.