Dünya

İranda daha bir ana oğlunun qatilini xilas etdi

21 Aprel 2014 20:25
1 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda cinayət işlətdiyinə görə ölüm cəzası verilən məhkum edam edilərkən son anda xilas edilib

Axar.az xəbər verir ki, İranda bir şəxsin edam qərarı icra edilərkən öldürdüyü şəxsin anası tərəfindən bağışlanıb.

Hörmüz həbsxanasında saxlanılan şəxs qəsdən adam öldürməkdə ittiham edilirdi. Məhkum edam edilmək üçün dar ağacına gətirilib.

Məhkumun edam qərarı icra edilərkən öldürdüyü şəxsin anası ipdən tutub və onu bağışladığını bildirib.

Bəndər Abbas Həbsxanasının müdiri Həsən Mürsəlpur dar ağacından xilas edilən şəxsin sağlamlıq vəziyyətinin yaxşı olduğunu deyib.

İranda ötən həftə də bir qadın oğlunu öldürən məhkumu asılmadan əvvəl bağışlamış, hadisə dünya mətbuatında geniş əks-səda doğurmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.