Dünya

Toy gəlinin burnundan gəldi - FOTO

21 Aprel 2014 15:06
6 Şərh     Baxış: 11 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Adana şəhərində təzə bəylə gəlin toydan əvvəl şəkil çəkdirmək üçün getdikləri parkda qarət olunublar.
 

Onlar şəkil çəkdirərkən gəlin maşınındakı qızıl üzüklər, pul və bank kartlarının olduğu çantaları oğurlanıb.
 

Milli.Az İHA-ya istinadən bildirir ki, 26 yaşlı təzə bəy Fatih Zeytin və 22 yaşlı gəlin Nazan Kaplan şəkil çəkdirmək üçün Doğal Parka yollanmışdılar.

Gəlin maşını parkın dayanacağında saxlanıb, Fatihle Nazan da təbiət qoynunda şəkil çəkdirmək üçün parka yollanıblar.

Gəlin, bəy, sağdışla soldış da çantaları maşında qoymuşdular.
 

Bunu fürsət bilən oğrular "şans"ı əldən verməyiblər.

Hadisə yerinə gəlmiş polislər oradakı şəxslərdən, o cümlədən gəlindən barmaq izi nümunələri alıblar.
 

"Toyum burnumdan gəldi. Ən bəxtəvər günümdə qarət olundum. Parkda təhlükəsizlik tədbirləri yetərli səviyyədə deyil. Buranın oğrularla dolu olduğunu bilsəydik, çantaları maşında qoymazdıq", - Nazan Kaplan deyib.
 

Adana şəhərində son 5 ayda 7 gəlin maşını qarət olunub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.