Dünya

Rusiyada sadələşdirilmiş vətəndaşlıq qanunu qüvvəyə mindi

21 Aprel 2014 12:58
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya prezidenti Vladimir Putin SSRİ və ya Rusiya imperiyasının ərazisində, yaxud müasir Rusiya Federasiyasının sərhədləri daxilində yaşamış, yaşayan, rus dilini bilən şəxslərə sadələşdirilmiş şəkildə vətəndaşlıq verilməsi qanununu imzalayıb.

"Media forum" saytı xəbər verir ki, xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər əcnəbinin rus dilini bilib-bilmədiyini təsdiqləyən xüsusi komissiyada sorğu-sual olunacaqlar. Bunun üçün onlar rus dilində danışmalı və evdə, mədəniyyət sahəsində ondan gündəlik istifadə etməlidirlər.

Yuxarıda göstərilən şəxslərdən başqa qohumları (valideynləri, nənə-babası və digər yaxınları) SSRİ və ya Rusiya imperiyasının ərazisində və müasir Rusiya Federasiyasının sərhədləri daxilində yaşamış, yaxud yaşayan adamlar da bu komissiyadan keçə bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.