Türkiyəli ilahiyyatçı, "A9" kanalının rəhbəri Adnan Oktar (Harun Yahya) barədə yayılmış məlumatlarla bağlı rəsmi açıqlama gəlib. Adnan Oktarın vəkili Gülcan Karakaşın anspress-ə verdiyi məlumata görə, Adnan Oktar ilə azərbaycanlı bir qadın arasında olduğu irəli sürülən "WhatsApp" yazışması tamamilə saxtadır.
"Xəbərin məzmunu və əsaslandığı yazışma tamamilə uydurmadır. Cənab Adnan Oktarın (Harun Yəhya) heç bir zaman, heç bir yerdə, heç kimlə belə danışığı olmayıb. Xəbərdə əsassız olaraq müvəkkilim cənab Adnan Oktarın azərbaycanlı qadınlarla şəxsən əlaqə saxlayaraq, onları Türkiyəyə dəvət etməsi və guya bu üsulla onlarla qeyri-əxlaqi əlaqə qurması iddia edilir. Xəbərin və məzmunundakı "WhatsApp" danışıqlarının tamamilə uydurma olması müvəkkilim cənab Adnan Oktara aid edilən yazışmadakı Azərbaycan dilindəki sözlərdən aydın olur. Çünki Azərbaycan dilini bilməyən müvəkkilimin danışıqlarında bu dildə ifadələrdən istifadə etməsi məntiqi cəhətdən də düzgün deyil", - deyə Gülcan Karakaş bildirib.
Gülcan Karakaşın sözlərinə görə, Adnan Oktar həyatı boyunca mobil telefondan istifadə etməyib və adına qeydiyyatda olan telefon nömrəsi yoxdur: "Buna görə də yazışmanın müvəkkilimə aid olması mümkün deyil. Bu saxta yazışmanı hazırlayanlar yalanları üzə çıxmasın deyə "WhatsApp"da yazışan tərəflərin adlarını gizlədiblər. Xəbərdə əks olunmuş "WhatsApp" yazışmasına nəzər salsaq, görərik ki, yazışmanın hansı adlar və telefon nömrələri arasında keçdiyi bəlli deyil. Xəbərdə danışığın mətni mövcuddur. Ancaq mesajların hansı adlar və telefon nömrələri tərəfindən göndərildiyi aydın deyil".
Vəkilin sözlərinə görə, yayımlanan "WhatsApp" mətni Adnan Oktara aid olmaması mətndəki üslubdan görünür: "Xəbərdə müvəkkilimə aid olduğu iddia edilən "WhatsApp" yazışmalarına diqqət yetirsək, təhsilsiz və mədəni səviyyəsi aşağı insana aid olan bir danışıq üslubun olduğunu görərik. Müvəkkilimi qismən tanıyanlar onun belə üslubda danışmadığını çox yaxşı bilirlər. Xəbərdə əks olunmuş "WhatsApp" yazışması bir sıra Azərbaycan mətbuatında bir müddətdir ki, müvəkkilim cənab Adnan Oktarın əleyhinə təbliğat məqsədli iddialara daha bir yenisinin əlavə olunduğunu göstərir. Azərbaycan xalqı bu cür mənbəyi bəlli olmayan saxta iddialara etibar etməməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
- Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir
- Maaşın saat hesabı ilə ödənməsi işçiyə sərf edir?
- Bir-birilərini məhkəməylə hədələdilər! - Ağır ittihamlar
- Ruslar yenidən hərbi texnikalarını Belarusa göndərir
- Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- FHN Bakıda gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb
- Bakıda yolu keçən gənc qızı avtomobil vurub
- Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI
- Zaur Baxşəliyevin ailəsində xoş gün - VİDEO
- “Yuventus” 15-ci dəfə İtaliya kubokunu qazanıb
- Tavuşda niyə 1976-cı il xəritəsi əsas götürüldü? – İrəvanın izahı
- Robert Fitsoya neçə güllə atılıb? - Nazir
- Parlament baş nazirə görə iclasları təxirə saldı
- Devid Kopperfild təcavüzdə günahlandırılır
- 10 il əvvəl və indi: xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi – TƏFƏRRÜAT
- Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışda
- Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı...
- Fitsonun həyati təhlükəsi… - Baş nazirin müavini
- İngiltərədə VAR sistemi ləğv edilə bilər
- Nurəddin Mehdixanlının nəvələri - FOTO
- Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
- Putini Çində fəxri qarovul dəstəsi qarşıladı
- Tahir Baxşıyev: “İkinci oyun daha çətin olacaq”