Dünya

Türkiyə parlamentində qəribə etiraz - FOTO

18 Aprel 2014 11:28
0 Şərh     Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müxalifət partiyası CHP təmsilçisi hakim partiyanın təmsilçisini təhqir etdiyinə görə iki iclasa girə bilməyəcək

Türkiyə parlamentində müxalifət partiyası CHP təmsilçisi Kamer Gençin hakim partiya AKP-nin sədr müavini Ayşenur Bahçekapılını təhqir etdiyinə görə iki iclasa girməsi qadağan edilib.

Anspress-in məlumatına görə, ən maraqlı hadisə Kamer Gençin kürsüdə özünü müdafiə çıxışı edən zaman baş verib. Bu zaman hakim partiyanı təmsil edən çox sayda millət vəkili salonu tərk edib. Salonda qalanların bir çoxu da Gençin çıxışı zamanı arxasını ona çeviriblər.

Türkiyənin dövlət təhlükəsizlik təşkilatı MİT haqqında qanununun müzakirəsi zamanı yaşanan hadisədə Bahçekapılının təklifi üzrə AKP-lilərin səslərinin hesabına cəzalandırılan Genç çıxışı zamanı qadın millət vəkilini təhqir etmədiyini bildirib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.