Dünya

Ukrayna hakimiyyəti mərkəzdənqaçma ilə barışdı? - FOTO

18 Aprel 2014 11:12
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın müvəqqəti hökuməti ölkənin desentralizasiyası üçün konstitusiyada dəyişiklik edilməsi barədə göstəriş verib. Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu qərar Ukrayna Nazirlər Kabinetinin ötən gün keçirilən növbədənkənar iclasında qəbul olunub.

Qərarın mətni hökumətin rəsmi saytında yayımlanıb.

Sənədə əsasən, nazirlərə, icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Kiyev və vilayət administrasiyalarına göstəriş verilib ki, 1 oktyabr 2014-cü il tarixinə qədər konstitusiyaya müvafiq dəyişiklikləri müzakirə etsinlər.

Müzakirələrə yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları, ictimaiyyət, elmi və işgüzar dairələr cəlb olunacaq. Prosesi regional inkişaf nazirliyi əlaqələndirəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.