Türkiyədən Kubanın paytaxtı Havanaya gələn heyətin buradakı 3,5 min müsəlmana xidmət göstərəcək məscid tikmək istəyi kubalıları əməllicə təəcübləndirib.Türkiyənin Dini Məsələlər Vəqfinin Kubada məscid tikdirmək istəyi bu ölkədə narazılıqla qarşılanıb
Milli.Az axar.az-a istinadən xəbər verir ki, onlar ölkədə bu sayda müsəlmanın yaşamasını ağıllarına gətirməyiblər. Məsələyə sərt reaksiya verən kubalılar bu sayda müsəlman üçün böyük bir məscidin tikintisinə ehtiyacın olmadığını vurğulayıblar. Gərginliyin qarşısını almaq üşün məsələyə Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro və onun qardaşı - dövlət başçısı Raul Kastro qarışmalı olublar. İndi məscidin tikilib-tikilməməsinə son qərarı kommunist liderləri verəcəklər.
Xatırladaq ki, Kubaya gələn heyətin rəhbəri Mustafa Tutkun Havanada Ortaköy məscidi kimi dini məbədin tikintisini istəyib. Məscid inşasının xərclərini Türkiyə dövlətinin öz üzərinə götürməsi kubalıları daha da özündən çıxarıb. Məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyi deyilir.
Milli.Az