Dünya

Gəlin böyürdü: dünya belə toy görməmişdi - VİDEO - FOTO

18 Aprel 2014 10:19
2 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda dünyada misli-bərabəri olmayan toy olub.
 

Kəndlilər bol məhsul yığmaq və məhsuldarlığı artırmaq üçün tanrıları dilə tutmaq, onlara xoş gəlmək üçün inəklə buğaya "toy" ediblər.

Çox dəbdəbəli toy üçün minlərlə kəndli pul yığıb.


Milli.Az AsiaOne-a istinadən bildirir ki, Hindistanın Madya Pradeş əyalətindəki İndor şəhərində Qanqa adlı inək Prakaş adlı buğaya "ərə verilib".

Qanqanın sahibi Qopal Patvarinin dediyinə görə, 5 mindən artıq kəndlinin pul yığdıqları və qatıldıqları toyu gerçəkləşdirməklə bol məhsul yığmaları, habelə təbii fəlakətlər və quraqlıqdan qorunmaq üçün tanrıları dilə tutduqlarını düşünür.


Toya 16 min dollar sərf olunub.


Prakaşla Qanqanın nikahlarını yerli dərvişlərdən, yəni sadhulardan olan Taşur kəsib.

Kahin Patvari və toyun təşkilatçıları olan 25 kahin nikah duaları oxuyaraq "təzə bəy"lə "gəlin"ə xoşbəxt ailə həyatı arzulayıblar.


Daha sonra hindus toylarının ənənəvi rəqsləri olan "Haldi", "Qaneş Puca", "Mandap" və "Fera" icra olunub.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.