Dünya

ABŞ-dan Ukraynaya milyonlarla ölçülən yardım

15 Aprel 2014 12:10
0 Şərh     Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu barədə mətbuat üçün gündəlik brifinqin gedişində dövlət departamentinin mətbuat katibi Cen Psaki məlumat verib

ABŞ Ukraynaya prezident seçkilərinə dəstək məqsədilə 11,4 milyon dollar yardım ayırıb.

Anspress-in məlumatına görə, bu barədə mətbuat üçün gündəlik brifinqin gedişində dövlət departamentinin mətbuat katibi Cen Psaki məlumat verib.

"Dövlət departamenti və USAID yardım proqramı Ukraynada mayın 25-də şəffaf, düzgün və sakit seçilər keçirilməsi üçün 11,4 milyon dollar yardım ayırıb", - deyə Psaki bildirib. Onun sözlərinə görə, bu vəsait həm yerli və də xarici müşahidəçilərin dəstəyinə xərclənəcək.

Bundan başqa, ABŞ Ukraynaya Rusiya tərəfindən edilən "Siyasi motivli əməliyyatlar"da, o cümlədən enerji sahəsində olan əməliyyatlarda kömək edir. Psakinin sözlərində görə, USAID başqa təşkilatlarla Ukraynada ölknin energetik sahəsini yaratmaq və onun fəaliyyətini məhsuldar etmək üçün əməkdaşlıq edir.

"Nəhayət, Ukrayna çoxdandır ki, ABŞ-la hərbi sahədə əməkdaşlıq edir", - deyə Psaki qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.