Əfqan xalqı taliblərin 2001-ci ildə devrilməsindən sonra uzun müddət hakimiyyətdə olan Həmid Karzayinin sələfini seçəcəklər.
Yeni prezident koalisiya qüvvələrinin ölkədən çıxarılacağı bir dövrdə hakimiyyətdə olacaq. Qoşunların çıxarılması bu ilin sonları üçün nəzərdə tutulub.
Yeni prezident ölkənin müstəqil şəkildə təmin olunması barədə qərarlar verəcək.
Ölkənin prezidenti vəzifəsinə iddiaçılar isə üç nəfərdir: Rəsul Zalman, sabiq maliyyə naziri Əşrəf Qəni və sabiq xarici işlər naziri Abdulla Abdulla.
Bu gün prezident seçkiləri ilə yanaşı, yerli idarəetmə orqanlarına da seçkilər keçiriləcək.
Milli.Az