Əfqanıstan prezident seçir

5 Aprel 2014 09:24
Bu gün səhərdən etibarən Əfqansıtanda seçki məntəqələri açılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkədəki 28 min seçki məntəqəsi bu gün saat 07:00-dan etibarən açılıb. Seçki prosesi saat 16:00-a qədər davam edəcək. Sitasiyadan asılı olaraq vaxt uzadıla da bilər. 

Əfqan xalqı taliblərin 2001-ci ildə devrilməsindən sonra uzun müddət hakimiyyətdə olan Həmid Karzayinin sələfini seçəcəklər. 

Yeni prezident koalisiya qüvvələrinin ölkədən çıxarılacağı bir dövrdə hakimiyyətdə olacaq. Qoşunların çıxarılması bu ilin sonları üçün nəzərdə tutulub. 

Yeni prezident ölkənin müstəqil şəkildə təmin olunması barədə qərarlar verəcək. 

Ölkənin prezidenti vəzifəsinə iddiaçılar isə üç nəfərdir: Rəsul Zalman, sabiq maliyyə naziri Əşrəf Qəni və sabiq xarici işlər naziri Abdulla Abdulla

Bu gün prezident seçkiləri ilə yanaşı, yerli idarəetmə orqanlarına da seçkilər keçiriləcək. 

Milli.Az