Türkiyədə nurçuların telekanalının lisenziyası ləğv edildi, holdinqdə axtarış başlandı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Ali Radioteleviziya Şurası (Radyo Televizyon Üst Kurulu, RTÜK) ölkənin populyar telekanallarından olan Kanaltürk-ə çox ağır cəza verib.
Milli.Az AHT-yə istinadən bildirir ki, RTÜK-ün qərarına görə, Kanaltürkün Türkiyə ərazisində yayım hüququ ləğv olunur. Bu qərardan sonra telekanal yalnız lokal, bölgə yayımını reallaşdıra biləcək.
"Koza İpek Grubu" şirkətinin 2008-ci ildə satın aldığı telekanal RTÜK-dən ümummilli yayım hüququnu tələb etmiş, istəyinə çatmayandja məhkəməyə müraciət etmişdi. 2010-cu ildə məhkəmə qərarı ilə Kanaltürk-ün iddiası qanuni sayılmış və telekanala ümummilli yayım hüququ verilmişdi.
----------
10:46
İstanbulun Vergi Müfəttişliyi Gülən hərəkatı ilə əlaqəli olan "Kaynak Holding" şirkətində araşdırma aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər yayıb.
NT mağazalar şəbəkəsini özündə birləşdirən "Kaynak Holding" Fətullah Gülən [hazırda ABŞ-da yaşayan tanınmış din xadimi] hərəkatı ilə sıx əlaqələri olan şirkətlərdən biridir.
Bununla yanaşı, polis şirkətin binasında axtarış aparır.
Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.
Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.
Baş nazir qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".
Türkiyədə nurçulara məxsus olan "Kanaltürk" telekanalının ölkə miqyaslı yayım lisenziyası Radio Televiziya Üst Kurulu (RTÜK) tərəfindən ləğv edilib.
APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, RTÜK öz qərarını bu barədə məhkəmə qərarının olması ilə əsaslandırıb. Qərara əsasən, "Kanaltürk" ölkə miqyasında deyil, yalnız regional yayımla məşğul ola bilər. RTÜK-ün Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası tərəfindən seçilmiş üzvləri qərarın əleyhinə səs veriblər.
Fətullah Gülən tərəfdarlarına məxsus "Kaynak Holding"in mərkəzi ofisində isə MASAK (Maliyyə Suçlarını Araşdırma Kurulu) əməkdaşları və İstanbul polisi tərəfindən axtarış başlanıb. Çirkli pulların yuyulması və vergi gizlətmək ittihamı ilə aparılan istintaq çərçivəsində holdinqin maliyyə-mühasibat sənədləri və kompüterləri müsadirə edilib. Qeyd edək ki, holdinqin tərkibində 16 müxtəlif sektorda fəaliyyət göstərən 23 şirkət var. Bu şirkətlərdə 7 minə yaxın insan çalışır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
XƏBƏR LENTİ
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu





