Dünya

Dünyanın ən yaşlı adamı odur? - VİDEO

25 Fevral 2014 11:52
1 Şərh     Baxış: 1 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekspertlər onun sümük toxumasını analiz etmək və yaşını müəyyən etmək istəyirlər

Hindistanda kiçik bir kənddə yaşayan 118 yaşlı Premsay Patelin doğum tarixi təsdiq olunarsa, o, dünyanın ən yaşlı adamı sayıla bilər.

Anspress-in məlumatına görə, onun uzunömürlü olmasının sirri sağlam həyat tərzindədir. O, istisna olaraq bitki yeməkləri yeyir. Yaşlı adam gününü dini moizə ilə başlayır. Onun sözlərinə görə, bu, ruhunu və bədənini təmizləyir.

Patel öz böyük ailəsi ilə Korba dairəsində yaşayır. Qohumlarının hamısı onunla fəxr edir və onu özlərinə nümunə sayırlar. Onlar bir yerə yığışaraq Veda mətnləri oxuyur və dua edirlər.

Premsay Patelin şəxsiyyət vəsiqəsində göstərilib ki, o, 1896-cı ildə doğulub. Amma ekspertlər onun sümük toxumasını analiz etmək və yaşını müəyyən etmək istəyirlər.

Qeyd edək ki, yaşı 110-dan çox olan adamların axtarışı ilə Gerontology Research Group təşkilatı məşğul olur. Qurumun əməkdaşlarının sözlərinə görə, hazırda dünyanın ən yaşlı adamı Yaponiyanın qadın sakini Misao Okavadır, onun 115 yaşı var.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.