Lübna Hader hönkürür, ağlayır, şüşəni vurur.
Qarşı tərəfdə, şüşənin o tərəfində isə Stüart Riçardson oturub.
5 il əvvəl, balaca Abdulla 2 yaşında olanda S.Riçardsonun sürdüyü avtomobil Haderlərin maşınını arxadan vurub.
Çox güclü zərbə nəticəsində Abdulla ağır yaralanıb, Lübna və əri travmalar alıblar.
Lübnanın əri iflic olub.
Abdulla isə artıq 5 ildir ki, heç bir hərəkət edə bilmir. O, gözlərini də açmır.
Həkimlərin dediklərinə görə, Abdullanın beyninin 80 faizi artıq ölüb və bu proses sürətlə davam edir.
Uşağın həyatının sönəcəyi günə çox qalmayıb.
Milli.Az WFAA -TV-yə istinadən bildirir ki, ABŞ-ın Texas ştatındakı Fort-Uolrt şəhərində yerləşən Tarrant Kaunti həbsxanasında 5 ildən bəri saxlanan Stüart Riçardson bu günlərdə Lübna Haderlə görüşüb.
Daha doğrusu, Lübna "oğlumun qatili" adlandırdığı adamı görmək istəyirdi və məhkəmə icraçıları da onu həbsxanaya apardılar.
2009-cu ildə həbs olunmuş Stüart Riçardson hələ də məhkəmə qərarını gözləyir. Səbəb onun sonsuz apellyasiyaları və istintaqın gedişatından narazı qalmasıdır.
Polisdən verilən məlumata görə, Stüart Riçardson qəzanı törədərkən sərxoş olub.
... Şüşənin bu üzündə fəryad edən anaya baxan Stüart Riçardson başını aşağı salmışdı:
- Bağışlayın məni, xanım! Mən də əzab çəkirəm! İstəməzdim belə olsun! Bağışlayın...
Lübna Hader sakitləşmək bilmirdi:
- Sizin üzrünüz mənə gərək deyil. Hər gün ölən oğluma üzr nəyə gərək?.. İndi evə gedəndə oğlum normal olacaq, onun üzü güləcək, mənə "Ana" deyəcək?! Nə deyirsiniz, bunlar olacaqmı? Günahsız balamı öldürən insanı bağışlaya bilərəmmi? Buna ürək dözərmi?!
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








