Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ «zərər gətirən» istiqrazların satışına başlayıb
27 Oktyabr 2010 19:30
Baxış: 1 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Goldman Sachs" bankı isə tədavül müddəti 50 il olan istiqrazların emissiyasına hazırlaşır.
"Financial Time" qəzeti yazır ki, rəsmi uçot dərəcəsinin tarixində ən aşağı həddə olduğu bir vaxtda investorlar çətin seçim qarşısındadırlar, Federal Ehtiyat Sistemi isə ölkə iqtisadiyyatının inkişafı və deflyasiyanın qarşısını almaq üçün vəsait cəlb etmək istəyir. Bütün bunlar istiqrazların buraxılışında ilk növbədə qəribə görünən variantların yaranmasına səbəb olub.
Mənfi gəlirlik dərəcəsi olan istiqrazların gəlirliyi inflyasiyaya bağlanıb. Belə istiqrazların sahibləri o zaman gəlir əldə edəcəklər ki, ölkədə inflyasiya baş versin. Beləliklə, mənfi gəlirlik dərəcəsi olan istiqrazları alan investorlar FES-nin deflyasiya ilə mübarizədə uğur qazanacağına ümid etməlidirlər. Artıq buna maraq göstərənlər tapılıb - ABŞ-ın Maliyyə Nazirliyi bir qədər əvvəl gəlirliyi mənfi 0,55% olan 10 mlrd. dollarlıq istiqraz yerləşdirib.
Uçot dərəcələrinin ən aşağı həddə olduğu bir vaxtda maraqlı variantlar axtaran investorlar isə "Goldman Sachs" bankının 50 illik müddətə buraxdığı istiqrazlara üz tuta bilərlər. Bank yaxın vaxtlarda 250 mln. dollarlıq belə istiqraz buraxmaq niyətindədir, onların illik gəlirliyi isə 6,25%-dir.
/APA/

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama