Dünya

Ehtiraslı öpüş gənc qızın qulaqlarını kar etdi

29 Yanvar 2014 17:29
7 Şərh     Baxış: 6 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gənc qız ehtirasın elə bir həddində olub ki, bədəninə dəyən ziyanın fərqində olmayıb. Sevgilisi ilə öpüşən zaman kənardan gələn səsləri eşitməyən qız bunun fərqinə varmayıb. Bütün diqqətini sevgilisinə yönəltdiyi üçün heç nəyi eşitmədiyini düşünüb. Ancaq öpüş sona çatanda da karlığın davam etdiyini hiss edən qız həyəcanlanmağa başlayıb.

Milli.Az Rusya mətbuatına istinadən bildirir ki, hadisə Çində baş verib. Öpüşün təsirindən başındakı təzyiq anidən azaldığı üçün qulaqları tutulub. Onun qulaq pərdəsi də deşilib.

Quandun vilayətində baş verən hadisəni həkimlər belə izah edirlər: İnsanın daxili qulağı xüsusi kanal vasitəsi ilə ağızla bağlıdır. Ağızda hava təzyiqinin azalması pərdənin deşilməsinə səbəb olur.

Həkimlər deyirlər ki, qızın eşitmə qabiliyyəti yaxın bir neçə ay ərzində qayıtmalıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.