Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniyanın "Times Higher Education" jurnalı 2013-2014-cü illər üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb.200 nüfuzlu universitet arasında Azərbaycan ali məktəbləri yer almayıb
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan "Times Higher Education"un növbəti araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq "Thomson Reuters" kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır. Reytinq cədvəlinə artıq 3 ildir ki, fasiləsiz olaraq Amerikanın Kaliforniya Universiteti başçılıq edir. Dünyanın 200 ən nüfuzlu universitetlərinin siyahısına əsasən Amerika və Böyük Britaniya universitetləri liderlik edir. İlk "10-luq"da ABŞ 7, Böyük Britaniya 3 ali məktəblə təmsil olunur. Harvard Universiteti Oksford Universiteti ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Stenford Universiteti 4-cü, Massaçusets Texnologiya Universiteti isə 5-ci yeri tutublar.
Avropanın ən güclü universitetləri Böyük Britaniyanın payına düşür. Reytinq cədvəlində bu ölkənin 31 ali məktəbi yer alıb. "200-lüyə" Niderlandın 12, Almaniyanın 10, Fransanın 8, İsveçrənin 7, Belçikanın 5 universiteti daxil olub. Asiyada liderlik Yaponiyanın Tokio Universitetinə (23-cü yer) məxsusdur. Sinqapurun Milli Universiteti Avstraliyanın Melburn Universitetini (34-cü yer) qabaqlayaraq 26-cı yerə çıxıb. Çinin Pekin Universiteti 45-ci yerdə qərarlaşıb. Türkiyənin Boğaziçi Universiteti 200 universitet arasında 199-cu yerdədir. Rusiya ali məktəbləri dünyanın 200 ən yaxşı universitetləri sırasına daxil ola bilməyiblər. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu siyahıda 226-250-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Ötən il MDU "201-225" ali məktəblər qrupuna daxil olub.
"Times Higher Education" jurnalının redaktoru Fill Beytin sözlərinə görə, Rusiya ali məktəbləri getdikcə reytinq cədvəlinin yüksək sıralarından uzaqlaşmağa başlayıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)





