Milli.Az Ffi.az-a istinadən bildirir ki, İtaliyanın "Il Foglio" qəzetinin müəllifi Giulio Meotti bu barədə məqaləsinə "İndi burada Allah yaşayır" sərlövhəsini seçib.
Almaniyada yüzlərlə kilsənin məscidə çevrilməsini qeyd edən müəllifə görə, Avropanın bir nömrəli ölkəsində "Şəriətlə konstitusiyanın münaqişəsi" baş verməkdədir. Məqalədə həmçinin yazılıb: "10 il əvvəl ədəbiyyat üzrə Nobel laureatı Günter Qrass dindarların getmədikləri kilsələri məscidlərə çevirməyi təklif etmişdi. Onun fikrincə, "bu səxavətli jest almanları vicdan əzabından qurtaracaq".
Bu gün Hamburqun lüteran kilsəsi Kapernaumkirche ciddi dəyişikliklərə hazırlaşır: tezliklə o, islam kultunun mərkəzlərindən birinə çevriləcək. Hamburq sakinlərinin hələ 2002-ci ildə başlamış total surətdə xristianlıqdan üz döndərməsi kilsəyə gedənlərin sayının kəskin azalmasına, kilsənin boşalmasına səbəb olub. Lüteran kilsəsinin alıcısı kimi Yaxın Şərq və Şimali Afrika mühacirləri üçün doğma olan "Nour Islamic Center" islamçı təşkilatı çıxış edib.
Elə bil sifarişlə, məsciddə ilk namaz oktyabrın 3-də Almaniyanın vahidliyi günündə qılınacaq. "Nour Islamic Center"in nümayəndələri bu tarixi məscidə təkcə müsəlmanların deyil, həmçinin digər dinlərin nümayəndələrinin də gələ biləcəyi "açıq məscid bayramı" elan ediblər. Hadisə mətbuatda geniş rezonans doğurub, alman qəzetləri rəngarəng başlıqlarla doludur: Abendblatt "Məscidlər kilsələri əvəz edirlər", Frankfurter Allgemeine Zeitung "Bizim icarəçimiz Allahdır", Taz "Yeni reallıq". Xəbər Almaniyada şok yaradıb: Hamburq məscidini artıq Ayasofiya ilə müqayisə edirlər.
Siyasətçilər protestant icmasının qərarını dəstəkləmirlər
"Hətta kilsənin satışı qanuni olsaydı belə, kilsənin məscidə çevrilməsi dinlərarası münaqişənin əlacı deyil", deyə Xristian-Demokrat İttifaqının Hamburq bölməsinin lideri Markus Veinberq bəyan edir. Angela Merkelinin partiyadaşının fikrini ölkənin bir çox lüteran və katolikləri bölüşürlər. Pastor Urlix Rüss gözlənilən dəyişiklikləri "Almaniya cəmiyyətində islamın gücünün artmasının birbaşa sübutu" adlandırıb. Katolik yepiskopu Hans-Yoxen Yaskxe isə bəyan edib ki, "Kilsənin dəyişdirilməsi bizim maraqlarımıza uyğun deyil, çünki islam və xristianlıq qarşı-qarşıya belə qoyula bilməz".
İnteqrasiyaya doğru yalançı addım
Hamburqda kilsənin bağlanması Almaniyada bu tipli yeganə hadisə deyil. Bu varlı Avropa ölkəsində bir çox katolik məbədlər də müflis olmaq üzrədirlər. Almaniya yepiskop konfransının məlumatına görə, 1990-cı ildən başlayaraq, 300 xristian məbədi bağlanıb. Gələcəyə olan proqnoz da ürəkaçan deyil: balaca Essen şəhərciyində (Mərkəzi Almaniya) tezliklə kilsələrin dörddə birinin ləğv ediləcəyi ehtimalı var. Müsəlman əhalisi isə son 20 il ərzində xeyli artıb: 50 mindən (80-ci illərin əvvəli) 4 milyonadək. Bütün ölkədə təxminən 24 fəaliyyətdə olan məscid var. Buna baxmayaraq, müsəlmanların çoxu hələ də qarajlarda, dükanlarda və XIX əsr binalarının həyətlərində namaz qılmağa məcburdurlar. Belə vəziyyət lüteranları fəaliyyətdə olmayan kilsələrin satılması barədə qərar qəbul etməyə həvəsləndirib.
Milli.Az
Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Avropa kilsələrində azan səsi: İndi burada Allah yaşayır
20 Aprel 2013 18:59
0 Şərh
Baxış: 375

DİGƏR XƏBƏRLƏR
-
Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTO
-
İranda dəhşətli PARTLAYIŞ - 8 ölü, 750 yaralı - YENİLƏNİB - VİDEO - FOTO
-
Rusiya kəşfiyyatı general Moskalikin qətlinin təfərrüatlarını açıqladı
-
Türkiyədə sunami təhlükəsi elan edildi
-
Qonşu ölkədə fövqəladə rejim elan edildi
-
Trampla təkbətək çox şeyi müzakirə etdik - Zelenski
XƏBƏR LENTİ
-
İnsanların cinsi münasibət zamanı və ya sonra dünyasını dəyişməsinin 6 ümumi səbəbi
-
Günün qoroskopu: Qorxmayın
-
Sosial media abituriyent üçün həmişə zərərlidir...?
-
"Xanımı qardaşımın vəfatını gizlədib, bizdən xəbərsiz dəfn edib"
-
Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutacaq?
-
“Bu qədər pulu görən müğənninin toyda ürəyi getdi”
-
Üç bürc böyük qalmaqalla üzləşəcək - ailə, iş, dostlar
-
“Fənərbaxça” səfərdə qələbə qazanıb
-
Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTO
-
İranda dəhşətli PARTLAYIŞ - 8 ölü, 750 yaralı - YENİLƏNİB - VİDEO - FOTO
-
Xabi “Real”a keçir? - açıqlama verdi
-
Əli Mirəliyevin son vəziyyəti açıqlandı
-
Taksi sürücüsü itkin düşən dayıqızı-bibiqızını evində gizlədibmiş - Yenilənib - FOTO
-
Rusiya kəşfiyyatı general Moskalikin qətlinin təfərrüatlarını açıqladı
-
"Barselona" bu hesabla qalib gələcək - proqnozunu açıqladı
-
Türkiyədə sunami təhlükəsi elan edildi
-
“Zirə” “Kəpəz”i məğlub etdi
-
Qonşu ölkədə fövqəladə rejim elan edildi
-
Onlarla nə sevgili olmaq olur, nə dost - Başınız ağrımasın istəyirsinizsə, bu bürclərdən uzaq durun
-
Gəncə Dövlət Filarmoniyasinda yeni "Sözün gücü" layihəsini təqdim edib - FOTO
-
Narkotikdən bu yolla azad olub
-
Qəzada ölən Kobenin forması rekord qiymətə satıldı
-
Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqda yeni səhifə
-
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI