Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
bp-nin xilası planı
7 İyul 2010 14:06
Baxış: 1 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniya hökuməti "British Petroleum" (bp) neft-qaz korporasiyasının mümkün çöküşü ilə bağlı fövqəladə plan hazırlayıb.
Nüfuzlu "The Times" qəzeti yazır ki, hökumət bp-nin milliləşdirilməsi variantını da nəzərdən keçirir.
1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 mlrd. funt-sterlinq ($10 milyard) gəlir gətirir.
Meksika Körfəzindəki "Deepwater Horizon" qazma platformasında baş vermiş qəzadan sonra yaşanan ekoloji fəlakət BP-yə artıq $3,12 milyarda başa gəlib. Həmin məbləğə qəza quyusundan sızmanın qarşısının alınması, dənizə dağılmış neftin yığılması, məhkəmə təzminatlarıyla bağlı ödənişlər və ABŞ federal hökumətinin qəzaya görə məruz qaldığı məsrəflərin verilməsi daxildir.
Ekspertlərin fikrincə, bp Meksika Körfəzindəki qəzanın öhdəsindən gələndən cəmi bir neçə həftə sonra onu rəqibləri satın ala bilər.
Meksika Körfəzindəki qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı işlərə 44500 nəfər cəlb olunub.
"Sunday Times"in əldə etdiyi məlumatlara görə, ekoloji fəlakətin nəticələrinin aradan qaldırılmasına sərf etdiyi pulların böyük kəsir yaratmaması üçün BP $50 milyard əlavə vəsait cəlb etmək niyyətindədir.
Bu pullar bir neçə mərhələdə əldə ediləcək.
İlk mərhələdə bp $10 milyradlıq səhm və istiqrazlarını satacaq. İkinci mərhələdə korporasiya banklardan və maliyyə-kredit fondlarından $20 milyard həcmində kredit götürəcək.
Və ən nəhayət, üçüncü mərhələ yaxın 3 il ərzində $20 milyardlıq aktivlərin satılmasını nəzərdə tutur.
Dünən Küveytin "Kuwait Foreign Petroleum Exploration" dövlət neft şirkəti bp-nin Yaxın Şərq və Şərqi Asiyadakı aktivlərninin bir hissəsini satın ala biləcəyini bildirib.
Daha dəqiq olsaq, küveytlilər bp-nin Yəmən və Misirdəki aktivlərinə göz dikiblər.
Bu arada bp Meksika Körfəzində yerləşən və qəzanın baş verdiyi platforma üzrə tərəfdaşları olan "Andarko Petroleum" ilə "Mitsui Oil Exploration" neft şirkətlərindən pul istəyib.
Britaniyalılar ekoloji fəlakətin fəsadlarının aradan qaldırılması üçün ABŞ-ın "Andarko"sundan $272 milyon, Yaponiyanın "Mitsui"sindən isə $111 milyon yardım təvəqqe edib. BP-nin 65%-lik paya malik olduğu layihədə "Andarko"nun 25%, "Mitsui"nin isə 10% payı var.
/Ekspress/

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama