Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Obamanın rəqibi: Mitt Romni - FOTOSESSİYA
29 Avqust 2012 21:53
0 Şərh
Baxış: 1 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "Media forum"a istinadən 2012-ci ilin prezident seçkisində dövlət başçısı, demokrat Barak Obama ilə rəqabət aparacaq Mitt Romnini təqdim edir.
Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub.
Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984-2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib.
Mitt Romni siyasətə 1994-cü ildə qatılıb - Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003-2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb.
2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.
Mitt Romni ailəlidir. 5 oğlu var.
Mormonizm cərəyanının əsasını 1820-ci ildə ABŞ-ın Nyu-York ştatından olan gənc Cozef Smit qoyub. O, əsl xristianlığın və həqiqi kilsənin yer üzündən silindiyini, gerçək imanın bərpası missiyasını Allahın ona həvalə etdiyini deyərək Son Günlərin Müqəddəsləri Kilsəsini yaradıb. 1827-ci ildə Cozef Smit "mələklərin nişan verdiyi yerdən" qızıl vərəqələr tapdığını və o vərəqələrdəki bilgiləri dünyaya yaymaq tapşırığı aldığını elan edib. Bu bilgilər 1830-cu ildə "Mormonun kitabı" adı altında dərc olunub. Mormonlar onu "yer üzünün ən düzgün kitabı" hesab edir və inanırlar ki, "bu kitab insanı Allaha bütün başqa kitablardan daha çox yaxınlaşdırır".
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: AP, Getty İmages, AFP
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama