Yer kürəsi üçün böyük TƏHLÜKƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub, belə ki, istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb, okeanlar sürətlə isinməyə davam edir, buz örtükləri isə sürətli templə azalır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 23 mart - Ümumdünya Meteorologiya Günü münasibətilə dərc olunan yeni hesabatında bildirilir.
Hesabata əsasən, 2015-2025-ci illər müşahidələr tarixində ən isti 11 il olub, 2025-ci il isə hava temperaturuna görə ikinci və ya üçüncü yeri tutacağı gözlənilir. Ötən il temperatur 1850-1900-cü illərin sənaye dövrünə qədərki səviyyədən təxminən 1,43 dərəcə selsi yüksək olub.
"Əsas iqlim göstəricilərinin hər biri təhlükə siqnalı verir, - deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib və əlavə edib ki, tarix ardıcıl on bir dəfə təkrarlanırsa, bu, artıq təsadüf deyil, hərəkət etməyə çağırışdır.
İstiliyin 91 faizindən çoxunu udan dünya okeanı isinmə üzrə yeni rekord səviyyəyə çatıb. Son iyirmi ildə o, hər il bəşəriyyətin illik enerji istehlakının on səkkiz mislinə bərabər enerji toplayır. 2025-ci ildə okean səthinin demək olar ki, 90 faizi ən azı bir dəfə dəniz istilik dalğasına məruz qalıb.
Buz örtükləri sürətlə azalmaqda davam edir. Belə ki, 2025-ci ildə Arktik dəniz buzu minimum və ya minimuma yaxın göstəricilərə çatıb, Antarktikada isə peyk müşahidələri tarixində üçüncü ən aşağı səviyyə qeydə alınıb. İslandiyada və Şimali Amerikanın Sakit okean sahilləri boyunca buzlaqların kütləvi şəkildə yoxa çıxması müşahidə olunub.
Dünya okeanının səviyyəsi yüksəlməkdə davam edir və artıq 1993-cü ildən, peyk ölçmələrinin başlandığı vaxtdan etibarən 11 santimetr artıb. Mütəxəssislərin vurğuladığı kimi, bu proseslər əsrlər boyu davam edəcək, okeanın dərin qatlarının temperaturu və turşuluğundakı dəyişikliklər isə minilliklər ərzində geri dönməz səviyyədə olacaq.
ÜMT ilk dəfə olaraq məruzəyə Yer kürəsinin enerji disbalansı göstəricisini, yəni daxil olan günəş enerjisi ilə çıxan istilik şüalanması arasındakı fərqi daxil edib. Bu disbalans müşahidələrin 65 illik dövrü ərzində maksimum səviyyəyə çatıb.
"İnsan fəaliyyəti təbii tarazlığı getdikcə daha çox pozur və biz bu halın nəticələri ilə yüzilliklər və minilliklər boyu yaşamalı olacağıq", - ÜMT-nin Baş katibi Seleste Saulo vurğulayıb.
2025-ci ildə baş verən ekstremal hava hadisələri - quraqlıqlar, fırtınalar, daşqınlar və meşə yanğınları minlərlə insanın ölümünə, milyonlarla insanın zərər çəkməsinə və milyardlarla iqtisadi itkilərə səbəb olub. Məruzədə həmçinin iqlimlə bağlı ərzaq təhlükəsizliyinin pisləşməsi, miqrasiyanın artması və əhalinin sağlamlıq vəziyyətinin ağırlaşması, o cümlədən denge qızdırmasının yayılması və istilik stresinin artması qeyd olunur.
"Hazırkı müharibələr dövründə iqlim sarsıntıları daha bir həqiqəti üzə çıxarır: fosil yanacaqlardan asılılığımız həm iqlimi, həm də qlobal təhlükəsizliyi sarsıdır. Bu gün dərc olunan məruzə xəbərdarlıq kimi qəbul edilməlidir: iqlim xaosu güclənir və bu problemin həlli üzrə işlərin uzadılması insan həyatı bahasına başa gələ bilər", - Antonio Quterreş bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həm arıqladır, həm sağlam saxlayır
-
Mükəmməliyyətçilik: Qüsursuzluq bir "maskalanma" forması kimi
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"





