Yaponiyanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri İvate prefekturasının şərqində, Sakit Okeanda, 25 kilometr dərinlikdə olub.
Hazırda heç bir tələfat və dağıntı barədə məlumat yoxdur və sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib.
Milli.Az





