ABŞ-da uzun müddətdir müzakirə olunan Ceffri Epşteyn işi ilə bağlı yeni mərhələ başlayıb.
ABŞ-ın Baş prokuroru Pam Bondi Konqres üzvlərinə göndərdiyi məktubda Epşteyn sənədlərində adı çəkilən 300-dən çox tanınmış şəxsin siyahısının təqdim edildiyini bildirib.
Milli.Az xəbər verir ki, "Fox News"un yaydığı məlumata əsasən, siyahıya sənədlərdə ən azı bir dəfə adı keçən keçmiş və hazırkı vəzifəli şəxslər, həmçinin siyasi baxımdan nüfuzlu fiqurlar daxil edilib. Qeyd olunur ki, adların sənədlərdə yer alması həmin şəxslərin hər hansı cinayətdə təqsirli olması anlamına gəlmir.
Siyahıda bir sıra məşhur simaların da adı çəkilir. Bunlar arasında Britaniya kral ailəsinin üzvü Prince Harry, amerikalı televiziya siması və iş xanımı Kim Kardashian, həmçinin musiqi dünyasının tanınmış nümayəndələri - Kurt Cobain və Bruce Springsteen var.
Xatırladaq ki, maliyyəçi Ceffri Epşteyn 2019-cu ildə həbs edildikdən sonra həbsxanada ölü tapılmışdı. Onun əlaqələri və geniş çevrəsi ilə bağlı sənədlər isə illərdir ictimaiyyətin diqqət mərkəzindədir.
Milli.Az





