ABŞ Kubadan milli təhlükəsizliyə "təhdid" səbəbindən fövqəladə vəziyyət elan edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.
"Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid təşkil etdiyini düşünürəm (...) və bununla əlaqədar olaraq milli fövqəladə vəziyyət elan edirəm", - deyə sənəddə bildirilib.
Trampın sözlərinə görə, Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla "çoxsaylı düşmən ölkələrlə", eləcə də "transmilli terrorçu qruplar və ABŞ-yə düşmən olan pis niyyətli subyektlərlə" əməkdaşlıq edir.
Milli.Az





