Müvəqqəti prezidentdən ilk sərəncam: ABŞ-ni dəstəkləyənlər həbs olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin 3 yanvar tarixində Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatdan sonra müvəqqəti prezident kimi vəzifəyə başlayan Delsi Rodrigez ilk icra sərəncamını imzalayıb.
Milli.Az xəbər verir ki, "Xarici Təhdid Vəziyyəti" başlığı altında dərc edilən fərmanla ABŞ müdaxiləsini dəstəkləyən və ya təşviq edən şəxslərin saxlanılması və məhkəməyə verilməsi əmr olunub.
İcra sərəncamı milli, ştat və bələdiyyə səviyyəsində fəaliyyət göstərən bütün hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlər verir. Polis qüvvələrinə ABŞ-nin hərbi əməliyyatını dəstəkləyən şəxsləri müəyyən etmək, saxlamaq və məsuliyyətə cəlb etmək tapşırılıb.
Rəsmi açıqlamaya görə, fövqəladə vəziyyət rejimi 90 gün müddətində qüvvədə olacaq və zərurət yaranarsa daha 90 gün uzadıla bilər. Sözügedən fərman 1999-cu il Konstitusiyasında milli təhlükəsizliyə ciddi təhdid hallarında dövlət başçısına fövqəladə səlahiyyətlər verən müddəa əsasında qəbul edilib və bu maddənin ilk tətbiqi kimi qiymətləndirilir.
Delsi Rodrigez andiçmə mərasimindən əvvəl fərmanı təsdiqləyərək ölkədə rəsmi olaraq fövqəladə vəziyyət elan edib. Sənəddə ABŞ-nin Venesuela ərazisinə qarşı "silahlı təcavüzünü" dəstəkləyən şəxslərin milli təhlükəsizliyə təhdid yaratdığı vurğulanıb.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
FİFA İranın müraciətini təsdiqlədi: Toplanış Meksikada olacaq
-
Azərbaycanda zəlzələ OLDU
-
Ağ Evin yaxınlığında atəş açan şəxs öldürülüb
-
Türkiyədə güclü zəlzələ olub
-
Bərdədə ağır QƏZA: Ölən var
-
Bu gün 56 mindən çox abituriyent imtahan VERƏCƏK
-
4 aya 36 kiloqram arıqladı - FOTO
-
Beşamel souslu qulançar və kök sote resepti
-
Erkan Petekkaya yeni serialda
-
Yumurtaların saxlanmasında ən çox edilən SƏHV
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ
-
Çia toxumunun faydaları
-
Bu ölkədə itlər də məktəbə gedir - FOTO
-
"Atalı-analı illərim..." - FOTO
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
-
"Netflix" aktyoru ölü tapıldı - FOTO
-
Bakıda binanın pilləkəni çökdü - VİDEO
-
"Həmin əməliyyatdan sonra peşman oldum"
-
Günün qoroskopu: Alış-veriş edərkən ehtiyatlı olun
-
Elçin villasından VİDEO paylaşdı
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu





