Dünya

Müdafiə naziri venesuelalılara çağırış etdi

4 Yanvar 2026 22:04
Baxış: 8 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu gün Venesuelanın başına gələnlər istənilən dövlətin və ya hökumətin başına gələ bilər," - deyə Venesuelanın Müdafiə naziri Vladimir Padrino bildirib.

Milli.Az xəbər verir ki, o, Venesuela xalqını iş, ticarət və təhsil sahələrində "normal fəaliyyətlərini bərpa etməyə" çağırır.

Bu müraciət Padrinonun daha əvvəl verdiyi bəyanatın ardınca gəlib. Xatırladaq ki, nazir həmin bəyanatda Maduronun ələ keçirilməsi zamanı onun mühafizə dəstəsinin "böyük bir hissəsinin", eləcə də "günahsız mülki şəxslərin" öldürüldüyünü demişdi.

O, həmçinin ordunun vitse-prezident Delsi Rodriqesi ölkənin müvəqqəti rəhbəri kimi dəstəklədiyini bəyan edib.

Ordunun Delsi Rodriqesin tərəfində olması, ölkədə idarəçiliyin hələlik mövcud hökumət strukturlarında qaldığını göstərir.

Lalə Qüdrətova
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.