ABŞ-ın Arizona ştatında, Feniks şəhəri yaxınlığında yerləşən dağlıq ərazidə şəxsi helikopter qəza vəziyyətinə düşüb.
Milli.Az xəbər verir ki, məlumatı "ABC Nyus" telekanalı yayıb.
Qəza yanvarın 2-də, yerli vaxtla təxminən 11:00 radələrində baş verib. Helikopterin göyərtəsində 4 nəfərin olduğu bildirilir. Onların sağlamlıq vəziyyəti barədə hələlik məlumat yoxdur.
Xilasetmə xidmətləri qəza yerinə çatmağa çalışır. Hadisənin səbəbləri və ətraflı araşdırma ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası (NTSB) tərəfindən aparılacaq.
Kənan
Milli.Az





