Dünya

Şimali Koreya tikilməkdə olan atom sualtı qayığını nümayiş etdirdi

25 Dekabr 2025 17:39
Baxış: 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Koreya lideri Kim Çen In strateji raketlərlə təchiz edilən atom sualtı qayığının tikildiyi obyektə baxış keçirib və ölkənin nüvə müdafiə potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Milli.Az xəbər verir ki, məlumata görə, Kim Çen In 8 700 tonluq sualtı qayığın inşası və yeni gizli sualtı silahlar üzrə aparılan tədqiqatlarla tanış olub, hərbi-dəniz qüvvələrinin inkişafı üçün strateji planlar müəyyənləşdirib.

Şimali Koreya lideri atom hücum sualtı qayığının ölkənin özünümüdafiəsi baxımından mühüm rol oynadığını bildirib. Yerli KİV-in məlumatına əsasən, hazırda ölkənin təxminən 150 nüvə başlığı var və bu sayın gələcəkdə artacağı ehtimal olunur.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.