ABŞ Rusiyanı Ukrayna ilə görüşməyə və müharibənin sülh yolu ilə həllinə nail olmaq üçün lazımi tədbirlər görməyə çağırıb. Əks halda Moskvanı sanksiyalar gözləyir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Quardian" məlumat yayıb.
Məlumata görə, bu xəbərdarlıq Rusiyaya BMT Təhlükəsizlik Şurasının cümə günü, avqustun 29-da keçirilən fövqəladə iclası zamanı edilib:
"İclas Rusiyanın avqustun 28-nə keçən gecə Ukraynaya ən azı 20 nəfərin ölümünə səbəb olan kütləvi zərbələrindən sonra çağırılıb".
ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən Con Kelli deyib ki, Rusiyanın hücumları Moskvanın sülhə olan ciddiliyini şübhə altına alır. O, Rusiyadan Ukraynaya zərbələri dayandırmağı tələb edib.
Milli.Az