Dünya

Yer kürəsi böyüklüyündə planet tapıldı - 1 il 5 saatdı

25 İyul 2025 12:18
Baxış: 1 928
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amsterdam Universitetinin astronomları Yerin ölçüsünə bənzəyən, lakin fərqli xüsusiyyətlərə malik "TOI-2431b" adlı ekzoplanet kəşf ediblər.

Milli.Az xəbər verir ki, planet Yerdən 117 işıq ili uzaqlıqdadır və bir ili cəmi 5.4 saat davam edir.

Bu ekzoplanet "TESS" kosmik teleskopu vasitəsilə müəyyən olunub. Alimlər bildirir ki, "TOI-2431b" Günəşinə son dərəcə yaxın - təxminən 933 min kilometr məsafədə yerləşdiyi üçün səthindəki temperatur 1727 dərəcə Selsiyə çatır. Bu istilik qayaların və metalların əriməsinə səbəb ola bilər.

Planetin radiusu Yerdən 1.5 dəfə, kütləsi isə 6.2 dəfə böyükdür. Güclü cazibə qüvvəsi onun formasını dəyişib və nəticədə planet yastı görünüş alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.