Dünya

Hindistanda "Air India" təyyarəsi enişdən sonra yanıb

23 İyul 2025 14:15
Baxış: 511
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Honkonq - Dehli reysi ilə uçan "Air İndia" aviaşirkətinə məxsus "Airbus A321" sərnişin təyyarəsi İndira Qandi adına beynəlxalq hava limanına eniş etdikdən sonra yanmağa başlayıb.

Trend xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

Nəşrin məlumatına görə, enişdən sonra sərnişinlərın göyərtəni tərk etdiyi əsnada yardımçı güc qurğusu alovlanıb və avtomatik olaraq sönüb.

Məlumatda qeyd olunur ki, sərnişinlər və ekipaj üzvləri uğurlu və təhlükəsiz şəkildə təxliyə olunublar.

Təyyarə yüngül dərəcəli zədə alıb və insidentin araşdırması tam başa çatana qədər istismardan çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.