Dünya

Suriyada nazirə sui-qəsd cəhdi: Şara Dəməşqi tərk etdi

18 İyul 2025 09:40
Baxış: 1 141
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyulun 18-nə keçən gecə Suriyanın keçid administrasiyasının üç lideri, o cümlədən müdafiə naziri Mərhəf Əbu Kəsranın həyatına sui-qəsd cəhdi barədə şayiələr yayılıb.

Milli.Az unikal-a istinadla xəbər verir ki, bu barədə "Al Mayadeen" Teleqram kanalında məlumat dərc edilib.

Kanal bildirir ki, bunun fonunda Suriya Prezidenti Əhməd əş-Şara ailəsi ilə birlikdə Dəməşqi təcili tərk edib və İdlibə köçüb.

Hadisələrin gedişatı ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur.

Xatırladaq ki, İsrail və Suriya arasında qarşıdurma yaşanıb. Yəhudi dövləti Suriyanın paytaxtı da daxil olmaqla bəzi şəhərləri vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.