Dünya

ABŞ-yə girişin qiyməti qaldırılır

9 İyul 2025 22:45
Baxış: 753
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-yə giriş vizalarının qiyməti artırılır.

Milli.Az xəbər verir ki, ABŞ-yə səfər etmək istəyən əcnəbilər 2026-cı ildən etibarən daha yüksək ödəniş etməli olacaqlar.

Yeni qanuna əsasən qeyri-immiqrant vizaları üçün 250 dollar məbləğində əlavə "etibarlılıq haqqı" (Integrity Fee) tətbiq ediləcək.

ABŞ Konqresi tərəfindən qəbul edilən "One Big Beautiful Bill" adlı qanun paketinə daxil edilən bu dəyişiklik turist, tələbə, iş və mübadilə proqramları üzrə viza sahiblərinə şamil olunacaq. Məlumata görə, bu məbləğ yalnız viza prosesinin əvvəlində alınmayacaq, eyni zamanda viza sahibi ölkə qanunlarına uyğun davranarsa, müəyyən hallarda geri qaytarıla biləcək.

Yeni sistemə əsasən ABŞ-ayə giriş zamanı digər əlavə ödənişlər də qüvvədə qalacaq. Bunlara turist vizası üçün I-94 forması üzrə 24 dollar, Çin vətəndaşları üçün EVUS sistemi üzrə 30 dollar və elektron səyahət icazəsi (ESTA) üçün 13 dollar daxildir.

Rəsmi açıqlamalarda bildirilir ki, bu tədbir ABŞ-yə daxil olan şəxslərin vizadan sui-istifadəsinin qarşısını almaq və immiqrasiya sisteminin etibarlılığını artırmaq məqsədi daşıyır. Lakin turizm və təhsil sektorunun nümayəndələri bu qərarın ölkəyə gələnlərin sayına mənfi təsir göstərə biləcəyini istisna etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.