Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin rekord göstəricisi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya üzrə şirkət iflaslarında ciddi artım müşahidə olunur. "Dun & Bradstreet"in yaydığı "2024 Qlobal İflas Raporu"na görə ötən il 47 ölkənin 65 faizində şirkət iflasları artıb.
Milli.Az xəbər verir ki, bu, son 12 ilin ən yüksək göstəricisidir.
Şirkətlərin bağlanmasının əsas səbəbləri pandemiya sonrası dövlət dəstəklərinin sona çatması, faiz dərəcələrinin artması, zəif qlobal iqtisadi artım, azalan istehlakçı tələbi, tədarük zəncirindəki çətinliklər və geosiyasi gərginliklərdir.
Türkiyədə 2024-cü ildə şirkət iflasları 23 faiz artıb. Rəsmi məlumatlara görə ötən il 465 şirkət fəaliyyətini dayandırıb. Mütəxəssislər bildirirlər ki, yüksək kredit faizləri və zəif daxili bazar bu vəziyyəti daha da ağırlaşdırıb.
2024-cü ildə iflasların ən çox artdığı ölkə Ukrayna olub. Müharibə şəraitində olan bu ölkədə şirkət iflasları bir ildə 126 faiz artaraq rekord həddə çatıb. Sinqapurda artım 40 faiz, Belarusda 39 faiz olub. İflasların artdığı digər ölkələr arasında Fransa, Kanada, Avstraliya, Almaniya və İtaliya da var.
Bəzi ölkələrdə isə iflasların sayı azalıb. Yunanıstan 48 faiz azalma ilə ən yaxşı nəticə göstərən ölkə olub. Həmçinin Kolumbiya, Çin, Rusiya, Cənubi Koreya və Finlandiyada da şirkət iflasları azalıb.
"Dun & Bradstreet" şirkətinin rəhbər şəxslərindən Julian Prover bildirib ki, pandemiya dövründə dövlət dəstəkləri sayəsində iflaslar süni şəkildə az görünürdü. Lakin artıq real vəziyyət ortaya çıxır. "Faizlərin yüksəlməsi və xərclərin artması xüsusilə kiçik və orta sahibkarlıq üçün ağır nəticələr doğurur," - deyə o bildirib.
Prover həmçinin vurğulayıb ki, sürətli texnoloji dəyişikliklər və istehlakçı davranışlarının dəyişməsi də bir çox şirkət üçün əlavə çətinliklər yaradıb. /Modern.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı





