Dünya

Mask Trampdan üzr istədi - FOTO

11 İyun 2025 14:22
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı milyarder İlon Mask ölkə Prezidenti Donald Trampla bağlı etdiyi bəzi paylaşımlara görə təəssüfləndiyini bildirib. 

Milli.Az xəbər verir ki, Mask bu barədə "X" hesabında paylaşım edib. 

"Ötən həftə Trampla bağlı bəzi paylaşımlarıma görə təəssüf hissi keçirirəm", - deyə Mask qeyd edib.

Onun fikrincə, ABŞ lideri barədə paylaşımlarının bəziləri həddindən artıq sərt olub. 

Xatırladaq ki, iyunun 5-də Trampla Mask sosial şəbəkələrdə bir-biri barədə kəskin tənqidlər paylaşıb. Belə ki, milyarder Trampın onun dəstəyi olmadan 2024-cü ilin noyabrındakı prezident seçkilərində qalib gələ bilməyəcəyini iddia edib, Trampa qarşı impiçment elan edilməsi ideyasını dəstəkləyib, Ağ Evin dövlət xərclərinin azaldılması barədə qanun layihəsini, eləcə də prezidentin elan etdiyi idxal rüsumlarını tənqid edib. Tramp isə öz növbəsində Maskın ağlını itirdiyini, onun Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etdiyi zaman vəzifələrini layiqincə yerinə yetirmədiyini deyib. ABŞ lideri eyni zamanda Maskın şirkətləri ilə dövlət müqavilələrini ləğv etməklə bağlı hədələr də səsləndirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.