Dünya

Kolumbiyada güclü zəlzələ oldu

8 İyun 2025 18:39
Baxış: 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiyanın mərkəzində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi xəbər verib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 17:08-də qeydə alınan zəlzələnin episentri Vilyavitensio şəhərindən 73 km şimal-şərqdə yerləşib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 olaraq qiymətləndirib. Bildirilib ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.