Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Qaregin Njde küçəsində yerləşən evini satıb.
Milli.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Nəşrin məlumatına əsasən, yaşayış sahəsi Ermənistan vətəndaşı olmayan Marina Albertovna Ruds tərəfindən alınıb. Üç otaqlı mənzilin satış qiyməti 45 milyon 500 min dram (201 min AZN) təşkil edib.
Məlumata görə, bu mənzilin satışına dair elan artıq 2020-ci ildə saytlara yerləşdirilmişdi. Həmin dövrdə Paşinyan da açıqlama verərək, mənzili münasib qiymətə sata bilmədiklərini bildirmişdi.
Qeyd edək ki, Paşinyan bir müddət öncə açıqlamasında evin arvadı Anna Akopyana aid olduğunu bildirmişdi. Akopyan da bu mənzili 2024-cü il üçün gəlir bəyannaməsində göstərmişdi.
Fidan
Milli.Az