Dünya

Məhkəmə Trampın bu qərarını blokladı

24 May 2025 20:17
Baxış: 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ məhkəməsi Harvard Universitetinin iddiası əsasında Prezident Donald Trampın xarici tələbələrin universitetlərə qəbuluna qoyduğu qadağanı müvəqqəti olaraq dayandırıb.

Milli.Az xəbər verir ki, məhkəmənin qərarı hökumətin Harvard Universitetini sertifikasiyadan məhrum etməsinin qarşısını alır və ali təhsil müəssisəsinə ABŞ-da oxumaq istəyən əcnəbi tələbələrin qəbulunu davam etdirməyə imkan yaradır.

Xatırladaq ki, mayın 22-də Tramp administrasiyası Harvard Universitetinin xarici tələbə qəbulunu dayandırmışdı. Universitet isə bu qərara etiraz olaraq administrasiyaya qarşı məhkəmə iddiası qaldırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.