Tarixi şəhər təhlükədə - Bu tarixdə sular altında qalacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın tarixi və mədəniyyət beşiklərindən olan Yeni Orlean sürətlə batır. Alimlərin son araşdırmalarına görə, şəhər hər il 5 santimetr çökməklə 2050-ci ilə qədər böyük ölçüdə suyun altında qala bilər.
Milli.Az xəbər verir ki, Tulane Universitetinin tədqiqatçıları bildirir ki, Yeni Orleanın çox hissəsi yumşaq torf və gil torpaqlar üzərində qurulub. Zamanla bu torpaqlar havaya məruz qalır, ağır binaların təsiri altında sıxılır və batma prosesi sürətlənir.
Mütəxəssislər şəhərin daşqın və dəniz səviyyəsinin qalxması riskinə qarşı ABŞ-da ən həssas bölgələrdən biri olduğunu vurğulayır. 2005-ci ildə Katrina qasırğasından ağır zərər görən şəhər daşqınlardan qorunmaq üçün tədbirlər görsə də, bu, torpağın yeni çöküntülərlə bərpasının qarşısını alaraq vəziyyəti daha da ağırlaşdırıb.
NASA və Luiziana Dövlət Universitetinin araşdırmasına əsasən, batmanın ən sürətli olduğu ərazilər sənaye bölgələridir. İqlim dəyişikliyi də vəziyyəti daha da çətinləşdirir: artan yağıntılar və temperatur Missisipi çayı boyunca daşqın riskini artırır və on minlərlə insanı təhlükə altına salır.
Problem yalnız Yeni Orleanla məhdudlaşmır. Virginia Tech Universitetinin tədqiqatı göstərir ki, Mayami və Galveston da daxil olmaqla, 24-dən çox sahil şəhəri yaxın 30 ildə böyük iqtisadi və sosial itkilərlə üzləşə bilər.
Ən böyük risk isə sosial cəhətdən həssas icmalar üçün nəzərdə tutulur: məhdud resurslara malik olan əhalilər iqlim böhranının təsirlərinə qarşı daha zəif vəziyyətdədirlər.
Mütəxəssislər xəbərdarlıq edir: görüləcək tədbirlər gecikərsə, tarixi Yeni Orleanı xilas etmək çətin olacaq.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kiyev metrosunda fövqəladə vəziyyət: Qatarlar hərəkətsiz qaldı
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
-
Hörmüzdə 11 ticarət gəmisi atəşə tutuldu
-
Trampdan İrana sərt xəbərdarlıq: “Ya təslim olacaqlar, ya da...”
-
Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır
XƏBƏR LENTİ
-
Cüdoçumuz finala yüksəldi
-
Kiyev metrosunda fövqəladə vəziyyət: Qatarlar hərəkətsiz qaldı
-
Qadını şantaj edən gənc həbs edildi
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
-
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
-
Salyanda qatar avtomobillə toqquşdu
-
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
-
İsmayıllıda ev və köməkçi tikilidə yanğın
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qədim Məhəmmədov vəfat etdi
-
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
-
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
-
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
-
Mingəçevirdə kişi bədbəxt hadisə nəticəsində öldü
-
5 boksçumuz Avropa çempionatının finalına yüksəldi
-
Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır
-
Masazırda 4 avtomobil yanıb kül oldu - (Yenilənib/Video)
-
DYP sürücülərə müraciət edib
-
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
-
Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Sərəncam
-
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
-
Meksikanın Deputatlar Palatasında azərbaycanlı rəssam Mehriban Alışovanın əsərlərindən ibarət “Azərbaycan: təbiətin palitrası” adlı sərginin açılışı olub - (Video/Foto)





