Dünya

“Ukrayna Berlin kimi bölünə bilər”

12 Aprel 2025 08:35
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq sülh sazişi çərçivəsində Ukraynanın müharibədən sonrakı Berlin nümunəsi kimi bölünə biləcəyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bunu İkinci Dünya müharibəsindən sonra Berlindəki kimi etmək olar. O zaman rus zonası, fransız zonası, Britaniya zonası, ABŞ zonası var idi", - deyə Kelloq bildirib.

Lakin onun bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Diplomat sosial şəbəkə hesabında Britaniya qəzetinin onun sözlərini təhrif etdiyini, Ukrayna ərazisinin bölünməsini nəzərdə tutmadığını açıqlayıb:

"The Times"in məqaləsində dediklərim təhrif olunub. Mən Ukraynanın suverenliyini dəstəkləmək üçün atəşkəsdən sonra sabitliyi təmin edən qüvvələr haqqında danışırdım. Bölünməni müzakirə edərkən müttəfiq qüvvələrin (Amerika qoşunları olmadan) məsuliyyət zonalarını nəzərdə tuturdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.