Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı getdikcə daha sərt mövqe sərgiləyir. Səbəb isə Trampın təşəbbüsü ilə gündəmə gələn atəşkəs planının Kreml tərəfindən pozulmasıdır.
Milli.Az "nv.ua"ya istinadən xəbər verir ki, Zelenski jurnalistlərlə görüşündə Trampın müharibənin dayandırılması üçün sülh təşəbbüsü ilə çıxış etdiyini, lakin Putinin buna əks reaksiya verdiyini vurğulayıb.
"Trampın atəşkəs ideyası Ukraynada sülhün bərpası üçün önəmli başlanğıcdır. Biz bunu anlayır və bu istiqamətdə irəliləyirik. Lakin Vladimir Putin prosesin əksinə hərəkət edir. Trampın buna görə narazı olduğunu bilirik, o, verdiyi vədlərin yerinə yetirilmədiyini görür və buna səssiz qala bilməz", - deyə Zelenski qeyd edib.
Zelenski əlavə edib ki, ABŞ ilə əməkdaşlıq Ukraynanın gələcəyi üçün həyati əhəmiyyət daşıyır və bu münasibətlərin möhkəmlənməsi üçün hər iki tərəf çalışmalıdır. Onun sözlərinə görə, sülhə gedən yol ancaq beynəlxalq dəstək və güclü diplomatik təzyiqlə mümkündür.
Fidan
Milli.Az