Dünya

ABŞ bu ölkəni bombaladı

9 Aprel 2025 08:39
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Yəmənin paytaxtı Səna, Marib və Hudeydəyə 22 hava hücumu təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə İranın dəstəklədiyi husilər açıqlamalar verib. Husilərə bağlı xəbər agentliyinin məlumatına görə, ABŞ Sənaya 11, Marib şəhərinə 9 və Hudeyda şəhərinə iki hava hücumu təşkil edib. Hücumlar zamanı itkilərin olub-olmaması ilə bağlı məlumat paylaşmayıb. ABŞ tərəfi husilərin açıqlamaları ilə bağlı bəyanat verməyib. Qeyd edək ki, husilər yardımın Qəzzaya girməsinə icazə verməyəcəyi təqdirdə İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlamışdı. Ardınca ABŞ Prezidenti Donald Tramp Yəməndə husilərə qarşı irimiqyaslı hücuma başlamaq barədə göstəriş verdiyini açıqlayıb.

Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını bildirib. (Metbuat.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.