Ermənistan mediasında ölkənin Baş naziri Nikol Paşinyanın səhhətinin pisləşməsi və ötən həftə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.
Milli.Az xəbər verir ki, Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Bağdasaryan bununla bağlı açıqlama verib.
Bildirilib ki, o, İrəvandakı Nairi Tibb Mərkəzində tibbi müayinədən keçib və bir neçə saatdan sonra xəstəxananı tərk edib:
"Baş nazirin səhhətinin pisləşməsi ilə bağlı məlumatınız reallığa uyğun gəlmir. Paşinyan hər il tibbi müayinədən keçir. Keçən həftə daha bir tibbi müayinə keçirilib. Baş nazir sağlamdır, tam qrafiki üzrə işləyib və işləməkdə davam edir".
Milli.Az