Dünya

30 saniyəlik selfi 6 illik kabusa çevrildi - Üç həyat bir şəkillə məhv oldu

8 Aprel 2025 21:02
Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç fərqli insan - bir qadının sosial mediada başladığı qarayaxma kampaniyasının qurbanına çevrilib. Onların həyatı alt-üst olub, biznesləri dağılıb, psixi sağlamlıqları zərər görüb. 

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 2019-cu ilin yanvarında İngiltərədə sosial media məsləhətçisi Sem Uol Premyer Liqa klubunda keçirilən bir biznes tədbirində tanış olduğu insanlarla selfi çəkib və onu "sülh", "sevgi" və "birlik" stikerləri ilə bəzəyərək Facebook-da paylaşıb. Lakin bu, həyatının ən böyük səhv qərarlarından biri olub.

Fotoda yer alanlardan biri - natiq Bred Burton - cəmi 30 saniyəlik bu qarşılaşmanın ardından illərlə davam edəcək qarayaxma kampaniyasına məruz qalıb. Uol onu sosial mediada zorakılıqda, hədələməkdə, avtomobilinə ziyan vurmaqda və hətta pişiyini zəhərləməkdə ittiham edib.

Burton "Daily Mail"ə verdiyi açıqlamada bu hadisənin onun ailəsinə, işinə və nüfuzuna ciddi zərbə vurduğunu bildirib:

"Həyatımın ən qaranlıq dövrünü yaşadım... Reputasiyam məhv oldu" .

Uolun iddiaları yalnız Burtonla məhdudlaşmayıb. O, daha iki nəfəri - iş qadını Naomi Timperli və marketinq mütəxəssisi Castin Raytı da hədəf alıb. Hər iki şəxs Uol ilə minimal qarşılıqlı münasibətdə olubmuş.

Uol 2024-cü ildə rəqəmsal təcavüz və yalan ittihamlarla bağlı məhkəməyə verilib. Təqsirli bilinsə də, vəkilləri onun ciddi psixoloji pozğunluqları olduğunu əsas gətirərək məhkəmə prosesinin təxirə salınmasına nail olublar.

Uol barəsində hökmün növbəti aylarda verilməsi gözlənilir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.