Dünya

Zukerberq ən bahalı evlərindən birini aldı

6 Aprel 2025 09:17
Baxış: 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Meta" şirkətinin təsisçisi, dünyanın ən zəngin insanlarından biri Mark Zukerberq Vaşinqtonda ən bahalı evlərdən birini alıb.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, Mark və həyat yoldaşı Priscilla Kolumbiya rayonunda malikanə alıblar. 

Milyarder oradan tez bir zamanda şəhərə gələ biləcək.

Mənbənin sözlərinə görə, malikanə iş adamına 23 milyon dollara başa gəlib. 

Müqavilə Vaşinqtonda üçüncü ən böyük sazişdir. 

1400 kvadratmetrlik malikanə prestijli !Woodland-Normanstone" ərazisində yerləşir. Bu, cəmi 160 evlə mahalın ən kiçik və ən bahalı məhəllələrindən biridir.

Qeyd edək ki, M. Zukerberqin çox sayda daşınmaz əmlaka sahib olduğu məlumdur. Onun Havay, Palo Alto, Kaliforniya və Taho gölünün yanında malikanəsi var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.