Çin ABŞ-dan idxal olunan mallara 34 faiz əlavə gömrük rüsumunun tətbiq ediləcəyini bildirib.
Milli.Az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin qərar aprelin 10-dan etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 3-də bir çox ölkələrdən ABŞ-yə məhsul idxalına qarşılıqlı tariflər elan edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib. Qərar aprelin 3-dən qüvvəyə minib.
Aysel Əkbər
Milli.Az